Şamaxı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Pirqulu yolunun 25-ci kilometrliyində, rayonun Qızmeydan kəndi ərazisində qeydə alınıb.
Özəl yol təmir-tikinti şirkətinə məxsus olan “Mitsubishi” markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində maşında olan işçilər - Kürdəmir rayon sakinləri, 1990-cı il təvəllüdlü Kərimov Sərdar Qurbət oğlu, 1990-cı il təvəllüdlü Xələfov Cavanşir Fərəc oğlu, 1995-ci il təvəllüdlü Gəncə sakini İbrahimov Razi Vüqar oğlu və 1986-cı il təvəllüdlü Samux sakini Quliyev Ceyhun Şakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.