Piri girov qoyub, kredit götürmək istədilər-Bu da oldu!
22 may 2013 22:46 (UTC +04:00)

Piri girov qoyub, kredit götürmək istədilər-Bu da oldu!

Banka təqdim olunan sənəddə isə həmin ziyarətgahın aylıq gəliri 5000 manat göstərilib

 

Rayonların birində ziyarətgahlardan birini girov qoyaraq, kredit götürmək istəyiblər. Bu barədə JAM.AZ-a kredit alınması üçün müraciət edilmiş bankdakı mənbə məlumat verib.

 

Həmin məlumatda deyilir ki, kredit üçün müraciət edənlər ziyarətgahın girov qoyulması müqabilində 300 min manat pul istəyiblər. Onlar pulun pirin təmiri üçün alındığına dair sənədləşdirmə aparılmasını istəyiblər.

 

Lakin məlum olub ki, bu vəsaitlə ferma yaradılması və sex açılması nəzərdə tutulub.

 

Ziyarətgahı girov qoymaq istəyənlər onun aylıq gərilini də göstəriblərmiş Pirin aylıq gəliri kimi 5000 manat göstərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5711
avatar

Oxşar yazılar