Pərviz Həşimli saxlanma yerini dəyişmək istəyir
14 oktyabr 2013 14:00 (UTC +04:00)

Pərviz Həşimli saxlanma yerini dəyişmək istəyir

“Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının həbsdə olan rəhbəri Pərviz Həşimli saxlanma yerinin dəyişdirilməsi üçün ərizə ilə məhkəməyə müraciət edib.

 

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. E. Sadıqov deyib ki, P. Həşimli ərizəsində hazırda saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında şəraitin yaxşı olmamasını əsas gətirərək saxlanma yerinin Bakı İstintaq Təcridxanasına dəyişdirilməsini xahiş edib.


P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Oxşar yazılar