Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 1-ci mərtəbəsində elektrik otağında kondisioner sisteminin 1 ədəd qurğusu, 10 ədəd elektrik açarı və tavan yanıb. Bina yanğından mühafizə olunub.
Bakının Nəsimi rayonunda da vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları yanıb və yüksək temperaturdan tavan qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.