Bakıda quldur evə basqın etdi, qaçdı, yaxalandı
15 avqust 2017 13:52 (UTC +04:00)

Bakıda quldur evə basqın etdi, qaçdı, yaxalandı

Bakı sakinlərindən birinin evinə basqın edilib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, avqustun 14-də Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə eyvanın pəncərəsindən girmiş naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib və səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. G.Zeynalovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Teymur Hüseynov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar