Avqustun 7-də paytaxtın Xətai rayonu ərazisində yaşayan Tofiq Nuriyev ilə qohumu Sahib Həsənov arasında münaqişə baş verib. Lent.az-ı Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu zaman S.Həsənov bıçaqla T.Nuriyevi qətlə yetirib və könüllü olaraq 37-ci PB-yə gələrək təslim olub.
Daha bir qanlı olay Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Beləki Bakı şəhər sakini Sənan İsmayılov münaqişə zəminində bıçaqla həmyerliləri Seymur Rzayevə, Samir Aslanova və Cəbrayıl rayon sakini Sərdar Zamanova xəsarət yetirib.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.İsmayılov tutulub.