Bakının Nəsimi rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın xəbərinə görə, qanlı hadisə Azadlıq prospektində, Nəsimi bazarının yaxınlığında qeydə alınıb.
Məlumata görə, paytaxt sakini, 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlu bıçaqlanaraq 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Həkimlər ona 5 bıçaq xəsarətinin yetirildiyini müəyyən edib.
Hadisənin təfərrüatlarını Nəsimi polisi araşdırır. İlkin məlumata görə, X.Kələntərov Elmar adlı bir şəxslə mübahisə edən zaman bıçaqlanıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu deyilir.