Bakıda iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü Mehman Tağıyev idarə etdiyi 10 OA 408 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili ilə qəza törədib. Belə ki, M.Tağıyev ötmə əməliyyatını düzgün etmədiyindən avtomobili qarşıda gedən "KamAZ"-a çırpıb. Qəza nəticəsində sürücü Mehman Tağıyev və onun sərnişini 1965-ci il təvəllüdlü Zümrüd Qurbanova ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hər iki yaralı dərhal əməliyyata alınıb. Həkim-travmatoloq Loğman Məmmədovun APA-ya verdiyi məlumata görə, Tağıyev Mehmanın vəziyyəti orta ağır olduğu üçün hazırda reanimasiyadadır: "İlkin müayinə zamanı onun 3, 4, 5 və 6-cı qabırğalarının sındığı müəyyən olunub. Zümrüd Qurbanovada isə, burunda, alt çənədə və bir də, döş qəfəsinin sağ yarısında əzik və sıyrıntılar var. Hər iki xəstə klinikada müalicə alır. Xəstələrin vəziyyəti stabildir".
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.