Paytaxda telefon oğruları tutulub
07 mart 2015 14:17 (UTC +04:00)

Paytaxda telefon oğruları tutulub

Bakıda oğurluq etmiş şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Niftəliyevin mobil telefonunu oğurlamış Bakı şəhər sakini Elmar Mirzəyev tutulmuşdur.

 

Daha bir əməliyyat-axtarış tədbirlərini Sabunçu RPİ 13-cü PB əməkdaşları həyata keçirib. Martın 5-də Emin Babayevin mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil İsmixanov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar