
Paytaxda maşınla vurulan piyada öldü
0
0
Səbail rayonununda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 26-da saat 12 radələrində baş verib. Səbail rayonunun Ü.Hacıbəyli küçəsində Şamaxı rayon sakini N.Qədirov idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ağaibrahim İbrahimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Səbail rayon Polis İdarəsində araşdırma aparılır.
0
0