Pan Qi Mun İrana qarşı sanksiyaların ləğvini alqışlayır
17 yanvar 2016 04:27 (UTC +04:00)

Pan Qi Mun İrana qarşı sanksiyaların ləğvini alqışlayır

BMT-nin baş katibi Pan Qi Mun bir neçə ABŞ vətəndaşının İran həbsxanasından azad edilməsini və İran üzərindən sanksiyaların götürülməsini alqışlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq komünike Pan Qi Munun mətbuat xidməti tərəfindən yayılıb.   

 

Pan Qi Mun iki dövlətin münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı addımları yüksək qiymətləndirərək, ABŞ və İranın digər aktual regional və beynəlxalq məsələlərdə əməkdaşlığı genişləndirəcəklərinə ümidvar olduğunu bildirib.  

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.  

 

ABŞ Ədliyyə Nazirliyi Amerika şirkətlərinin xarici filiallarına İranda fəaliyyət göstərməyə icazə verib.

 

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi  Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.

 

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10