Pakistanın məhşur jurnalı erməni işğalı ilə bağlı məqalə dərc edib
19 avqust 2015 17:43 (UTC +04:00)

Pakistanın məhşur jurnalı erməni işğalı ilə bağlı məqalə dərc edib

0

Pakistanın nüfuzlu - National Herald Tribunda jurnalist Raca  Cavid Ali Bhattinin, “Erməni silahlı  qüvvələri tərəfindən  Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 22-ci il dönümü” adlı məqaləsi dərc edilib. Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Məqalədə qeyd edilir ki, 1993-cü ilin avqust ayında işğal edilmiş Azərbaycanın qədim yaşayış məskənləri olan Füzuli rayonunda işğaldan əvvəl 1 şəhər, 1 şəhər tipli qəsəbə   və 75 kənd var idi. Rayonun ümumi ərazisi  1386 km2 əhalisi isə 105 min nəfərdən artıq idi . Rayonun  işğaldan azad  edilmiş ərazilərində hal hazırda 13 qəsəbə və 20 kənd vardır. Bu qəsəbələrdən 12-si işğaldan azad edilmiş ərazilərdə, məcburi köçkün ailələri üçün yeni salınmışdır. Hazırda ərazidə  51 mindən çox məcburi köçkün məskunlaşıb.

 

Məqalədə o, cümlədən Cəbrayıl rayonu haqqında da, məlumat verilərək bu rayonun ümumi ərazisinin 1049 km2 əhalisinin isə, 54 min nəfərdən çox olduğu bildirilib. Lakin, erməni işğalı  nəticəsində onlar Azərbaycanın 58 rayonunun 2000- dən çox yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşıblar.

 

Erməni işğalı nəticəsində Fizuli və Cəbrayıl rayonlarının bütün infrastrukturu dağıdılmış yüzlərlə yaşayış məntəqəsi, şəhərlər və kəndlər yer üzərindən silinib. 10 minlərlə insan öz torpaqları uğrunda mübarizə aparıb, minlərlə insan şəhid olmuş və yaralanıb. R.C.Ali Bhatti öz məqaləsində Füzuli və Cəbrayıl rayonlarından bir neçə milli qəhrəmanın olmasını bildirib.

 

Yazar ermənilər tərəfindən dağlıq ərazidə yerləşən və təbii sərvətlərə malik Füzuli və Cəbrayıl rayonlarının talan edilməsi, meşə ərazilərinin kəsildiyi və yaxud yandırıldığı, tarixi yerlərin, məscidlərin, abidələrin, tikililərin dağıdıldığı, yaşayış məskənlərinin xarabalıqlara çevrildiyini, kənd təsərrüfatına yararlı bütün torpaqların məhv edildiyi   barədə məlumat verib.

 

Müəllif öz məqaləsində qeyd edib ki, işğal edilmiş hər iki rayon zəngin  yer altı və yer üstü təbii ehtiyatlara malik olublar. Lakin, həmin ehtiyatlar bu gün erməni barbarlar tərəfindən vəhşicəsinə talan edilərək Ermənistana daşınır.

 

Raca Cavid Ali Bhatti daha sonra qeyd edib ki, hal-hazırda Azərbaycanla Ermənistan arasında  atəşkəs elan edilməsinə baxmayaraq bu ərazilərdə yenə də güllə səsləri eşidilməkdədir. Erməni silahlı qüvvələri mütəmadi olaraq atəşkəs rejimini pozaraq burada məskunlaşmış dinc əhalini daim qorxu içində saxlamaqda davam  edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar