
PA şöbə müdiri: "Ermənistan tərəfi danışıqlar prosesinə ciddi zərbələr vurur"
"Belə bir fikir var ki, BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində bir görüş keçirilsin. Biz bunu daha çox görüş adlandırırıq. Çünki gördüyümüz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur, danışıqlar prosesinin pozulması istiqamətində provokativ addımlar atılır".
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşünü şərh edərkən deyib.
H.Hacıyev əmin olduğunu bildirib ki, qarşıdan gələn bu görüşdə Azərbaycan tərəfinin mövqeyi həmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq: "Xüsusən Ermənistan tərəfinin səsləndirdiyi destruktiv açıqlamalar fonunda..."
Görüşün tarixinin hələlik açıqlanmadığını qeyd edən şöbə müdiri bildirib ki, tərəflər qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra Xarici İşlər Nazirliyi səviyyəsində görüş barədə ictimaiyyətə məlumat verəcək.
Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı isə H. Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən o qədər qeyri-ciddi, o qədər əsası olmayan, cəfəng açıqlamalar səsləndirilir ki, bəzən bu açıqlamalara şərh verməyə belə ehtiyac qalmır.
Oxşar yazılar

Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12