Yanvarın 14-də Bərdə rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Lənbəran kəndində kənd sakini 1963-cü il təvəllüdlü Bəylərov Elşad Zahid oğlu özünü öldürüb. 50 yaşlı kişi yaşadığı evin həyətindəki ayaqyolunda zəhərli maddə içib və hadisə yerindəcə keçinib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntiharın səbəbləri araşdırılır.