“Toyda estrada ifaçısına 20 min verirlər, muğam oxuyanlar isə “iki min” deyəndə də razılaşmırlar. Deyirlər ki, qoy, mənim toyumda “hoppananlar” oxusun. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Canəli Ələkbərov Lider Tv-nin “Pərdə” verilişində deyib. Sənətkar özünü sənətdə 1 nömrə adlandırıb: ”Mən özümü nömrə bir müğənni hesab edirəm. 51 ildir xalqın yaddaşında həkk olunmuşam. Bu gün də sənətin bayrağı, nüfuzu mənim əlimdədir. Notları tum kimi çırtlaya bilirəmsə, niyə də özümə inanmayım? Mən düzgün ifadan danışıram, yamaq-yumaqlardan yox”.
Özünü “nömrə 1” sayan xalq artisti: “51 ildir ki...”
1261