Özünü “bıçaqlayan”ın bıçaqlandığı məlum oldu
17 iyun 2013 14:02 (UTC +04:00)

Özünü “bıçaqlayan”ın bıçaqlandığı məlum oldu

Özünü bıçaqladığını söyləyən şəxsin əslində bıçaqlandığı üzə çıxıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 15-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əhmədovun bıçaqla özünə xəsarət yetirilməsi barədə verilmiş məlumatla əlaqədar Nizami Rayon Polis İdarəsinin  əməkdaşları tərəfindən araşdırma aparılıb.

Araşdırma zamanı həmin gün Gəncə şəhər 3 saylı Peşə Məktəbinin yaxınlığında şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Həsənov ilə Seymur Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verdiyi və bu zaman Arzu Həsənovun bıçaqla Seymur Əhmədova xəsarət yetirdiyi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Arzu Həsənov tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935
avatar

Oxşar yazılar