Ov tüfəngini çənəsinin altına dirəyərək atəş açdı
05 avqust 2015 00:36 (UTC +04:00)

Ov tüfəngini çənəsinin altına dirəyərək atəş açdı

0

Oğuzda iki övlad atası özünü güllələyərək intihar edib. Rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqustun 4-ü səhər saatlarında rayonun Baş Daşağıl kəndində qeydə alınıb. Rayonun Baş Daşağıl kənd sakini, 1968-ci il təvəllüdlü Məmməd Nurəli oğlu Rəsulov hələ ki istintaqa məlum olmayan səbəbdən yaşadığı ünvanda tək lülə ov tüfəngini çənəsinin altına dirəyərək atəş açmaqla intihar edib. Aldığı güllə yarasından ağır vəziyyətdə  Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 47 yaşlı Məmməd Rəsulovun həyatını xilas etmək mümkün olmayıb.

 

Məmməd Rəsulov xəstəxanada keçinib. Məlumatda bildirilir ki, mərhum evli və iki övlad atası olub.

 

Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar