Oktyabrın 7-də Azərbaycanda 10 yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalarda 2 nəfər həlak olub, daha 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən hadisələr Qazax və Beyləqan rayonlarında qeydə alınıb. Qazaxda avtomobil piyadanı vurub öldürüb. Beyləqanda isə “VAZ 21011”in maneəyə çırpılması nəticəsində sürücü dünyasını dəyişib.
Hər bir hadisə ilə bağlı araşdırma aparılır.