Moskvadakı Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun valideynləri mərhumun valideynlərindən, habelə bütün Rusiyadan üzr istəyiblər. Lent. az-ın məlumatına görə, NTV telekanalına müsahibəsində O. Zeynalovun atası Zahid Zeynalov ailəsində böyüyən oğlundan belə hərəkəti gözləmədiyini bildirib.
O deyib ki, Orxan Moskvaya 3 il əvvəl yollanıb və Rusiya paytaxtında ticarətlə məşğul imiş: “Mən pedaqoqam. Nə deyə bilərəm? 2 oğlum və 2 qızım var. O, mənə kömək üçün Moskvaya pul qazanmağa yollanmışdı. Baş verənlərlə əlaqədar çox təəssüflənir və oğlumun hərəkətinə görə üzr istəyirəm. İstəməzdim ki, bu hadisə baş versin”.
Qeyd edək ki, Orxan Zeynalov ilkin ifadəsində qətli törətdiyini boynuna alıb.