“Azərbaycan səfirliyi Zeynalovun cəzasını çəkəcəyi yer barədə qərara təsir edə bilər. Mən artıq səfirlikdə olmuşam, hazırda məsləhətləşmələr gedir”, - deyə Anikuşkin qeyd edib. O əlavə edib ki, Orxan Zeynalovun bu cəhdi baş tutmasa, onun Şimali Qafqazda yerləşən cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi barədə məsələ qaldıracaq: “Çünki orda onun yerliləri çoxdur”.
Qeyd edək ki, O. Zeynalov 2013-cü ilin oktyabrında Moskva sakini Yeqor Şerbakovu öldürməkdə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.