Orxan Zeynalov Azərbaycanda axtarışda deyil - RƏSMİ
15 oktyabr 2013 16:03 (UTC +04:00)

Orxan Zeynalov Azərbaycanda axtarışda deyil - RƏSMİ

“Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışda deyil”.

 

Bu barədə Azərbaycan DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib.

 

Onun sözlərinə görə, bu gün bəzi Rusiya KİV-də Moskvanın Qərbi Biryulevo rayonunda törədilən qətldə Rusiya hüquq-mühafizə orqanları tərəfindən şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun adı hallanır və iddia olunur ki, bu şəxs guya Azərbaycanda  da qətl hadisəsi törədib: “Əslində isə Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən belə bir şəxs axtarışa verilməyib və Orxan Zeynalovun Azərbaycanda məhkumluğu da olmayıb. Rusiya hüquq mühafizə orqanları onun barəsində Azərbaycanın Daxili İşlər Nazirliyinə  bu günə qədər heç bir sorğu göndərməyib. Belə bir müraciət daxil olacağı təqdirdə, sözsüz ki, müvafiq qaydada həmin müraciətə baxılacaq”.

 

Qeyd edək ki, Y.Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Moskva sakini Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir. Moskva hökumətinin bu gün keçirilən iclasında Moskva şəhər Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin bildirib ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışdadır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2798
avatar

Oxşar yazılar