Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalovun istintaqa verdiyi ilk ifadənin videogörüntüləri yayılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, O. Zeynalov bu qətli özünü müdafiə etmək üçün törətdiyini söyləyib:
“Mən özümü müdafiə eləmişəm. Bıçaqla vurdum ona. Öldürmək istəmirdim. Üç nəfər idik. Bir qız, o və mən. Bıçaq mənim arxa cibimdə idi”.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Orxan Zeynalovun rus dilində ifadə verməkdən imtina etməsi barədə məlumat yayıb.