Ordumuzun əsgəri dünyasını dəyişdi
03 avqust 2013 10:52 (UTC +04:00)

Ordumuzun əsgəri dünyasını dəyişdi

Azərbaycan Ordusu daha bir əsgərini itirib.


 

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

 

Həmin hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Bayramov Rövşən Mirkərim oğlu xəstəlikdən dünyasını dəyişib. Onun ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.

 

Əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya fakt təsdiqlənib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328
avatar

Oxşar yazılar