Azərbaycanda daha bir məhkum dünyasını dəyişib.
Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə müalicə olunan ömürlük məhkum, 1953-cü il təvəllüdlü Əflan Aslan oğlu Əliyev xəstəlikdən vəfat edib.
Mərhum şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.