Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb
12 may 2017 12:21 (UTC +04:00)

Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb

0

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının və həmin oturacağın söykənəcəyinin içində xüsusi düzəldilən saxlanc yerindən 36 ədəd "Nokia" markalı telefon və 52 ədəd adapter aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar