Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rüfət Xudayarov və Fuad Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R. Xudayarov 8 il, F. Əhmədov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər evlərdən oğurluq etməkdə günahlandırılır. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.