Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Kəlbiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır