Oğurluq edən şəxs saxlanılıb
07 iyun 2019 16:34 (UTC +04:00)

Oğurluq edən şəxs saxlanılıb

0
Tovuzda oğurluq edən şəxs tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Məmmədov və A.Məmmədov saxlanılıb.
 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 727

Oxşar yazılar