Oğurladıqları maşını 4 minə satdılar
24 yanvar 2015 13:39 (UTC +04:00)

Oğurladıqları maşını 4 minə satdılar

Bakıda avtomobil oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda yanvarın 16-da Ramin Abdulhəsənova məxsus “Mercedes” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Pərviz Əliyev, Kənan Yusifov və Abşeron rayon sakini Anar Abbasov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avtomobili Mingəçevir şəhər sakini Ramiz Rəhimova 4000 manata satmaları da müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190

Oxşar yazılar