Bakıda oğurluq maşını qadına satdılar
02 oktyabr 2014 12:39 (UTC +04:00)

Bakıda oğurluq maşını qadına satdılar

Bakıda maşın oğurluğu ilə məşğul olan şəxs saxlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyin saytına istinadən məlumatına görə, şəhər sakini Mehdi Mehdiyevə məxsus qaçırılmış “Peugeot” markalı avtomobil M.Hadi küçəsində Türkan Qurbanlı tərəfindən idarə edilərkən saxlanılıb. Araşdırma zamanı avtomobilin Kürdəmir rayon sakini Arif Məmmədov tərəfindən qaçırılması məlum olub. A. Məmmədovun avtomobilli T. Qurbanlıya 4200 manata sataraq etibarnamə verməsi müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476

Oxşar yazılar