Göyçayda qaynata övladının sonzuluğunun gizlədilməsi üçün gəlinini zorlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, türkürpədici hadisə Göyçayın Qaraxıdır kəndində İbrahimovlar ailəsində baş verib.
Belə ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin kənddə yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin bu illər ərzində oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası Rauf İbrahimov gəlini min bir yolla aldadıb. Qaynata qızın gözünü qorxudaraq, daha doğrusu, ölümlə hədələyərək sonsuzluq sirrinin açmamasını və oğlunun el içində biabır olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb. Qızın istəyi olmadan baş verən bu iyrənc proses onu dəfələrə özünə qəsd etməyə məcbur edib.
Nəticədə isə bundan xəbər tutan ər ailəsi hər vəcllə onun qarşısını alıb. Qızın sözlərinə görə, qaynatası tərəfindən zorlanan gəlin ilk gündən bunu qorxusundan valideynlərindən gizlətsə də, qaynanası Gülxar İbrahimovdan gizlətməyib. Olayı olduğu kimi ona bildirib. Lakin bundan xəbəri olan qaynana da qaynatanın hərərkətini ört-basdır edərək, oğlunun el içində sonsuz kimi biabır olmasını istəməyib.
G.İ.-nin sözlərinə görə, həttə qaynata və qaynana bu işi birlikdə görərək, ev-eşiyin əldən çıxmamasını və kənddə biabır olmamaq üçün gəlini dəfələrlə yola gətirməyə çalışıblar. Lakin buna dözə bilməyən gəlin, bir neçə dəfə özünə qəsd etmək istəyib. Gəlin hətta evdən qaçmağa da cəhd göstərib.
Bu sirrin üstünü açacağını deyən gəlindən qorxan qaynata onu psixologiyasında ciddi problemləri olan xəstə adı ilə avqustun 29-da atasının evinə göndərib.
“Son vaxtlar övlad olmamasına görə, qızının səhhətində problemlər yaranıb. Onu başa düşürəm. Qoy, bir az sizdə qalsın özünü ələ alsın, sonra evə qaytaracam”, - deyə qaynata bildirib.
Hələ də baş verənləri anlamayan qızın atası və ailəsi elə həmin günün gecəsində qızın öz dilindən olanları öyrənə biliblər. Hətta qızın atası Süleyman Mahmudovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ayın 16-da qızın özünü öldürmək üçün cəhd etdiyi binada onu xilas edib. Onun sözlərinə görə, qızı qaynataya bu sözləri deyirmiş. “Əclaf sən utanmırsan, həyatımı bitirdin. Gör öz qızın yaşdayam, mənim başıma hansı oyunları gətirdin. Bunu unutmayacam. Bu ləkə ilə sizin ailədə yaşaya bilmərəm. Utanın”.
Qızlarının zorlanmasından agah olan ailə dərhal rayon polis şöbəsinə şikayət ediblər. Hazırda iş istintaqda olsa da, yubanmalar və süründürməçilikdən ailə şikayətçidir.
Hadisə ilə əlaqədar, bütün kənd ayağa qalxaraq, Rauf İbrahimovun uzun illərdir məktəb direktorunun müavini işlədiyi Qaraxıdır kəndindən uzaqlaşmasını istəyir. Bununla bağlı kənddə bir neçə dəfə aksiya da olub. Polis şöbəsindən isə ailəyə hələ qızın keçdiyi tibbi ekspertizyanın rəyi olmadan istintaqa başlamayacaqlarını və qarşı tərəfin də tutarlı faktlarla sizi günahlandırdığını bildiriblər.
Qeyd edək ki, qız tibbi ekspertizdan keçib və ayın 10-na kimi cavabı gəlməli idi. Lakin cavab yubanır və İbrahimovlar ailəsi isə qızı əxlaqsızlıqda günahlandıraraq başına gələnlərdə qaynatanın günahı olmadığını bildiriblər. Qaynata məktəb direktor muavini, qaynana isə müəllimədir.