
Kənddə ödəmə terminalından 4 minədək pul oğurladı, ikinci dəfə isə...
Cari il fevral ayının 13-də Salyan rayonu Kərimbəyli kəndində yerləşən mağazaların birində olan ödəmə terminalından 3894 manat pulun oğurlandığı, aprel ayının 1-də isə həmin mağazadan oxşar cinayət əməlinə cəhd edildiyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin marketdə satıcı işləyən rayonun Qarabağlı kənd sakini Elmir Məmmədov saxlanılıb.
Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. E.Məmmədov pulu oğurladıqdan sonra terminalın kassasını gölməçəyə atdığını bildirib. Kassa oradan tapılaraq maddi sübut kimi götürülüb. Daha sonra saxlanılan şəxs Qırxçıraq kənd sakini Əflatun Vəliyevlə eyni əməli törətməyə cəhd etsələr də, bu baş tutmayıb.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Oxşar yazılar

Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30
Azərbaycandan çıxmaq istəməyən 59 miqrant saxlanıldı
4 mart 2025 , 17:09
İranda kişilərin qarşısında oxuyan qadın müğənni saxlanıldı
4 mart 2025 , 16:09
Bakıda evdə meyit tapıldı
4 mart 2025 , 15:41
Dərsə gedən uşaq itdən qorxub öldü
4 mart 2025 , 15:35
Bakının mərkəzindəki marketdə saxta araqlar aşkarlandı
4 mart 2025 , 15:21
Uşağından bezən ana onu başqa qapıya atdı
4 mart 2025 , 12:08