Nazir Siyəzəndə vətəndaşları qəbul edib - <span style="color:red;">FOTO
12 aprel 2014 14:33 (UTC +04:00)

Nazir Siyəzəndə vətəndaşları qəbul edib - FOTO

Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Siyəzəndə Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.


İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda 70-dən çox vətəndaş iştirak edib. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının qurulması, istehsal və emal sahələrinin yaradılması, kənd yollarının tikintisi, kənd məktəblərinin təmiri, kənd yerlərinin qazlaşdırılmasının başa çatdırılması, işə qəbul və s. məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qəbulda olan vətəndaşların İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı həmçinin, sahibkarların müxtəlif layihələrə dair təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq və intensiv bağçılıq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə göstəriş verilib. Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş. Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

# 749
avatar

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42