Netanyahu: “Rusiya-İran əməkdaşlığından narahatıq"
03 may 2017 03:58 (UTC +04:00)

Netanyahu: “Rusiya-İran əməkdaşlığından narahatıq"

0

İsrail Rusiya-İran əməkdaşlığından narahatdır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.  

 

“Rusiya-İran əməkdaşlığı bizi çox narahat edir. Mən prezident Putinə də demişəm ki, İran tək bizim üçün yox, sonda, sizin üçün də təhlükə mənbəyidir”, - deyə Netanyahu bildirib.    

 

 Netanyahu, həmçinin, İranın Suriyada hərbi nöqteyi nəzərdən möhkəmlənməsinə yol verməməyə çağırıb: “Əgər İran öz planlarını gerçəkləşdirə bilsə, yəni Suriyanın Aralıq dənizindəki dəniz limanlarından birini nəzarətə götürsə, onda İsrailin dəniz yolları boyunca İranın sualtı qayıqları üzməyə başlayacaq”.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 215

Oxşar yazılar