Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 İyul
27 iyul 2015 20:16 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 İyul

GÜNÜN ŞƏRHİ

 

Türkiyə iqtidarının xoş niyyətli açılımları heç də xoş nəticə ortaya qoymadı. Ölkəyə torpaq iddiası olan Ermənistana bu mesaj iflasa uğradı. Məmləkətin cənub-şərqindəki kürd azlığına qarşı Ankaranın göndərdiyi "sülh göyərçini"nin də qanadını qırdılar. Bunu artıq baş verən hadisələr deyir.

 

Və bu gözlənilən idi. Çünki birbaşa ölkəni parçalamaq məqsədini ortaya qoyan bir qrup insanları dəstəkləyən HDP-nin ilk dəfə baryeri aşması və Türkiyə parlamentinə daxil olması başqa nəticə də verə bilməzdi. Hazırda Türkiyə iqtidarının tutduğu yolu da müzakirəyə qoymaq olar. Söhbət yeni seçkilərdən gedir. O zaman ən doğru qərarı, məncə, böyük türk milləti verəcək...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar