GÜNÜN ŞƏRHİ
Gömrük İttifaqına üzv olmayan postsovet respublikaları və Avropa Birliyi artıq bir sıra məhsulları Rusiyaya ixrac edə bilməyəcəklər. Yanvarın 1-dən qüvvəyə minəcək qərarın Azərbaycana birbaşa təsiri var. Çünki idxala qadağa qoyulan məhsulların əksəriyyəti Rusiyaya Azərbaycandan gedir. Artıq ruslar Azərbaycan qozunu, fındığını, tərəvəzini yeyə, çayımızı içə bilməyəcəklər.
Rusiyanın bu addımı ərzaq məhsullarına ən çox ehtiyac duyduğu bu tənəzzül dövründə atması maraq doğurur. Bu qərardan sonra Rusiya bazarlarında ciddi qıtlıq yaranacağı şəksizdir, bu qıtlığı Türkiyə, İran, Pakistan və digər ölkələrdən meyvə tərəvəz idxal etmək hesabına doldurmaq bir az vaxt aparacaq. Qərar sözsüz ki, Azərbaycanın xarici ticarət dövriyyəsinə təsir göstərəcək. Amma əminəm ki, bu qərar azərbaycanlıların Rusiya bazarlarında tutduqları hakim mövqeyə təsir göstərməyəcək. İndiyədək Azərbaycan alması satan həmyerlilərimiz bundan sonra Türkiyə alması atacaqlar. Satan üçün nə fərqi var ki? Bizim üçün əsas odur ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşacaq. Xeyirli olsun! Həm Rusiya, həm Azərbaycan üçün!
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Dekabr
0
0
0
0