İşlədiyi avtoservisdən "Niva"nı qaçırdı
21 avqust 2019 12:20 (UTC +04:00)

İşlədiyi avtoservisdən "Niva"nı qaçırdı

0
Avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilib.
 
Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakini T.Qasımov saxlanılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 662

Oxşar yazılar