Neft şirkətinin əməkdaşı faciəvi şəkildə öldü
19 avqust 2014 15:10 (UTC +04:00)

Neft şirkətinin əməkdaşı faciəvi şəkildə öldü

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazisində ölüm faktı qeydə alınıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 11:00 radələrində ARDNŞ-in Neft Kəmərləri İdarəsinin “Dübəndi” Neftaşırma sahəsindəki 13B neft çənləri parkında podrat müqaviləsi əsasında işləyən “İlqar-NNT” MMC-nin əməkdaşı Həsənov Fərid Eldar oğlu RVS-5000 tipli 5 nömrəli çənin içərisində qum şırnağı ilə təmizləmə işləri aparan zaman ayaqaltı aşıb və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

 

Hazırda hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Oxşar yazılar