Neftçala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Qaramanlı kənd sakinləri Ruhid Sayılovdan və Səbuhi Sayılovdan müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngləri götürülüb. Bu barədəAPA-ya Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, AğdamRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahrızlı kənd sakinləri Habil Rüstəmovdan və Amil Abbasovdan 2 ədəd “İJ” markalı ov tüfəngləri götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.