Neftçala rayon sakininin həyətindən və evindən narkotik vasitələr aşkar edilərək götürülüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Rövşən İbrahim oğlu Hacıyevin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, habelə evinə baxış zamanı 15 qram tiryək və 95 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.