Neft şirkətinin əməkdaşı özünü öldürüb
01 mart 2013 10:16 (UTC +04:00)

Neft şirkətinin əməkdaşı özünü öldürüb

 

Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsi 35 ünvanında yerləşən yataqxanada, orada yaşayan 1985-ci il təvəllüdlü Rüstəmov Emin Vidadi oğlu intihar edib. Onun meyiti binanın 4-cü mərtəbəsində yanğın təhlükəsizliyi məqsədi ilə bərkidilmiş pilləkəndən asılı vəziyyətdə tapılıb.

 

Məlumata görə, intihar etmiş 28 yaşlı E.Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin işçisi olub. O Bakı Neft Emalı Zavodunda operator vəzifəsində işləyib.

 

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2218
avatar

Nizam Rza

Oxşar yazılar