Oktyabrın 8-də Neft Akademiyasının qarşısında faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu, D.Əliyeva küçəsi 220 ünvanında yerləşən Akademiyanın qarşısında, 1950-ci il təvəllüdlü Vəlizadə Fərman Məzdək oğlunun halı pisləşib və yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun öldüyünü müəyyən edib.
Qeyd edək ki, F.Vəlizadə Neft Akademiyasının Qaz çıxarma və Geologiya kafedrasının müəllimi, laboratoriya müdiri olub. O, bir vaxtlar “Azəriqaz” səhmdar cəmiyyətinin sədri vəzifəsində də çalışıb.
F.Vəlizadənin ürək-damar çatışmazlığından əziyyət çəkdiyi bildirilir.