Nə bahalaşıb, nə ucuzlaşıb? - STATİSTİKA
06 iyun 2013 17:07 (UTC +04:00)

Nə bahalaşıb, nə ucuzlaşıb? - STATİSTİKA

Dövlət Statistika Komitəsi 2013-cü ilin may ayında rabitə və nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, bu ilin may ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə eyni səviyyədə qalıb.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 6,7 faiz, yerli əlaqə üzrə 3,5 faiz, idxal üzrə 1,3 faiz, tranzit üzrə 1,1 faiz, sərnişindaşıma tarifləri isə beynəlxalq əlaqə üzrə 6,0 faiz ucuzlaşıb.
Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 0,4 faiz ucuzlaşmış, MDB ölkələrinə isə 1,3 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 8,4 faiz, rabitə sahəsində internet xidmətlərinin tarif indeksi  isə 0,2 faiz bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar