Nazirlik biznesmenin qatilləri ilə bağlı məlumat yaydı
08 iyul 2016 12:57 (UTC +04:00)

Nazirlik biznesmenin qatilləri ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Xaçmazda iş adamını qətlə yetirən şəxsin saxlanılması ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov tutulub. Digər şəxs isə müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar