Naxçıvanın sabiq MTN şefi şikayət edir
04 iyul 2016 16:12 (UTC +04:00)

Naxçıvanın sabiq MTN şefi şikayət edir

0

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində çıxarılan birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti verəcək.

 

 

 

Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Vüqar Xasayev bildirib.

 

Vəkil bildirib ki, şikayətdə Vəli Ələsgərovun barəsində bəraət hökmü çıxarılmasını tələb edəcəklər: "Bəraət hökmünün çıxarılması məsələsini qaldırmışıq”.

Qeyd edək ki, iyunun 24-də Vəli Ələsgərov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cinayət işi üzrə məhkəmə prosesi əvvəldən axıradək qapalı keçirilib.

Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar