Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilib.
Lent.az-ın xəbər verir ki, bu haqda musavat.com-a daxil olan məlumatı sabiq nazirin vəkili Vüqar Xasayev təsdiqləyib.
Vəkil bildirib ki, qətimkan tədbirinin dəyişdirilməsinə səbəb Vəli Ələsgərovun ev dustağı ola-ola vəkili ilə skayp-la danışması olub. Bu isə ev dustaqlığının şərtlərini pozur. Məhkəmə bunun əsasında ev dustaqlığı haqda qərarı dəyişərək, həbs qətimkan tədbiri ilə əvəz edib.