Narkotiklə saxlanılan: "Xəstə adamam, canım ağrıyır, nə etməliyəm?"
23 oktyabr 2015 06:57 (UTC +04:00)

Narkotiklə saxlanılan: "Xəstə adamam, canım ağrıyır, nə etməliyəm?"

Sumqayıt şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb.

 

 

Lent.az-ın Region TV-yə istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri Təzə Corat qəsəbəsində yaşayan 51 yaşlı Saqib Dadaşovun üzərində narkotik gəzdirməsi barədə polisə əməliyyat məlumatı daxil olub. O saxlanılan zaman üzərinə baxış keçirilib və narkotik vasitə sayılan tiryək aşkar olunaraq götürülüb. Saqib  Dadaşovun evindən də 90 qramdan artıq tiryək götürülüb.

 

 

Əvəllərdə  eyni əmələ görə 3 dəfə məhkum olunduğunu bildirən Dadaşov narkotiksiz yaşaya bilmədiyini deyir: "Tanımadığım adamdan almışam. 4 qram şeyi 40 manata almışam. Özüm istifadə edirəm. 30 ildir istfadəçisiyəm. Canım ağrıyır, xəstəyəm, bəs nə etməliyəm? Başqa nə edə bilərəm?"

 

 

 

 

Eyni cinayət üzrə Sumqayıt şəhər sakini 45 yaşlı İntiqam Əliyev də  16-cı mikrorayon ərazisində saxlanılıb. Onun cibindən şəxsi istehlak miqdarından artıq marixuana aşkarlanıb.

 

 

Hər iki faktla əlaqədar Sumqayıt şəhər polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar