Nardaran qəsəbə sakini saxladığı silah-sursatı təhvil verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 4-də Nardaran qəsəbə sakini Rasim Qafarov “TT” markalı tapançanı, 8 ədəd patronu və patron darağını könüllü olaraq Sabunçu RPİ 42-ci PB-yə təhvil verib.
Araşdırma aparılır.