Dünən Nabranda yerləşən eyni adlı istirahət mərkəzində dəhşətli faciə yaşanıb. Lent.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, günorta saatlarına “Nabran Holiday Village” adlı istirahət düşərgəsinin hovuzunu təmizləmək üçün nəzərdə tutulmuş sutəmizləyən nasos açıq qalıb.
Nəticədə qurğunun yaxınlığında olan 2 yaşlı İmran Cəfərov sutəmizləyənin təzyiqi ilə borunun içinə çəkilib.
Baş verən hadisə nəticəsində N.Cəfərovun həyatını xilas etmək mümkün olsa da, iki sümüyü sınıb. Eyni zamanda 2 yaşlı körpənin ayaqları tamamilə parçalanıb. İ.Cəfərov sağ ayağını tamamilə, sol ayağını isə topuqdan aşağı itirib.
Nabranda tükürpədən faciə
5597