Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahilində iki nəfər dənizdə batıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Nabran istirahət zonasında qeydə alınıb. Qusar rayon sakinləri, 1963-cü il təvəllüdlü Osmanova Faizə Nurəddin qızı və onun qızı Osmanova Olya Nəriman qızı dənizdə boğularaq ölüb.
Hər iki şəxsin meyiti tibbi müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı araşdırmalar aparılır.